Formula 1 Azərbaycan Qran-Prisində ikinci günə start verilir
Formula 1 üzrə Azərbaycan Qran-Prisi davam edir.
"İnformator.az" xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan turnirin ikinci günündə əvvəlcə Formula 2-də sprint yarışı keçiriləcək.
Saat 12:30-da isə Formula 1-də üçüncü sərbəst yürüş gerçəkləşəcək. Ardınca ikinci dərəcəli pilotların ilk əsas yarışı, Formula 1-də isə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-Prisində ikinci günün proqramı:
25 sentyabr
- 08:15 — Formula 2: Sprint yarışı
-12:30 — Formula 1: Üçüncü sərbəst yürüş
- 14:15 — Formula 2 : Birinci əsas yarış
- 16:00 — Formula 1 : Sıralama turu
Qeyd edək ki, Bakıdakı Qran-Priyə sentyabrın 26-da yekun vurulacaq.