Formula 1-in 75 yaşı qeyd olunur
Formula 1-in 75 illiyi Silverstone trasında qeyd olunur. 34 dünya çempionuna məxsus avtomobil eyni start xəttində sərgilənir. Milyonlarla funt sterlinq dəyərində olan kolleksiya azarkeşlərə Formula 1-in keçmişdən bu günə qədərki yolçuluğunu təqdim edir.
Formula 1-in 75 illik tarixi doğulduğu trasda yad edilir. İngiltərənin Silverstone trası 1950-ci ildə ilk dünya çempionatına ev sahibliyi etmişdi. Bu dəfə isə 34 əfsanəvi avtomobilin görüşünə şahidlik edir.Festival iştirakçıları Formula 1-in təkamülünü addım-addım izləmək imkanı qazanır. On silindrli klassik avtomobillərdən bu günün hibrid texnologiyasına qədər bir zaman səyahəti… İngilis avtoidmanının uğurları da ön plandadır. Lewis Hamilton, Nigel Mansell və Jackie Stewart kimi 10 britaniyalı çempionun avtomobilləri də nümayiş olunur. Milyonlarla funt sterlinq dəyərində olan bu tarixi görüş Formula 1-in texnologiya ilə necə inkişaf etdiyini göstərir. Yarış loqolarından mühərrik gücünə qədər hər bir detal keçmişdən bu günə uzanan bir hekayə danışır. Silverstone Festivalında həftəsonu minlərlə avtomobil həvəskarının bu xüsusi kolleksiyanı görməsi gözlənilir.
Mənbə:TRT Haber
Nigar Həsənzadə
