"Formula-1": Macarıstan Qran-prisinin təsnifat yarışı başa çatıb
"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsi sayılan Macarıstan Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, yarış Hunqarorinq dairəsində keçirilir.
İlk üçlüyə həmçinin iki "McLaren" pilotu - avstraliyalı Oskar Piastri və britaniyalı Lando Norris daxil olublar.
Əsas yarış avqustun 3-də baş tutacaq.
