00:00:00
Yazar
Admin User
19.09.2025 14:08 139 1 dəq oxuma
İdman

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin kuboku "Odlar Yurdu"na həsr olunub

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin kuboku "Odlar Yurdu"na həsr olunub

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin kuboku "Odlar Yurdu"na həsr olunub. 

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. 

 

Dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasına simvolizə edir.

 

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. "Xan Qarabağ" motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

 

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər