Forum iştirakçıları Şuşaya yola düşüblər
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər. İnformator.az xəbər verir ki, iştirakçılar daha sonra oradan Şuşaya yola düşüblər.
Qeyd edək ki, forumda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
