00:00:00
Yazar
Admin User
08.10.2023 20:05 302 1 dəq oxuma
Sosial

ƏFQANISTANDA BAŞ VERƏN ZƏLZƏLƏDƏKİ QURBANLARIN SAYI ARTIR

ƏFQANISTANDA BAŞ VERƏN ZƏLZƏLƏDƏKİ QURBANLARIN SAYI ARTIR

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın Herat əyalətində dünən baş verən zəlzələdə insan qurbanlarının sayı artır.

 

Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü MəhəmmədCanan Saiq verdiyi açıqlamada zəlzələ nəticəsində həyatını itirənlərin sayının 2400-ə yüksəldiyini açıqlayıb.

 

Canan Saiq həmçinin 2 mindən çox adamın yaralandığını açıqlayaraq, yaralıların sayını 9 min 240 nəfərə çatdığını deyib.

 

Zəlzələdən zərər çəkmiş kəndlərdə axtarış-xilasetmə işləri davam edərkən, təxminən 1200 nəfərin hələ də dağıntılar altında qaldığı təxmin edilir.Əfqanıstanın Zindəcan bölgəsində oktyabrın 7-də baş verən 6,3 bal gücündə zəlzələ 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər