Frankofoniya Assambleyasının 51-ci sessiyasında Cənubi Qafqazdan danışılıb
Gürcüstan parlament sədrinin müavini Giorgi Kaxiani və xarici işlər komitəsinin sədri Nikoloz Samxaradzedən rəhbərlik etdiyi nümayəndə heyəti Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən Frankofoniya Parlament Assambleyasının (APF) 51-ci İllik Sessiyasında iştirak edir.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, nümayəndə heyətinin rəhbəri Giorgi Kaxiani iştirakçılara Gürcüstanın iqtisadi tərəqqisindən və ölkənin regional tranzit və enerji layihələrində, o cümlədən “Orta Dəhliz”in inkişafında artan rolundan danışıb. Gürcüstanın Cənubi Qafqazda sülhün və sabitliyin təşviqinə verdiyi töhfədən, o cümlədən Ermənistan və Azərbaycan arasında dialoq və əməkdaşlığın dəstəklənməsindən bəhs edib. Qeyd edib ki, beynəlxalq çətinliklər yalnız dialoq, əməkdaşlıq və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət yolu ilə həll edilə bilər.