Fransa ABŞ-nin videokonfrans xidmətlərindən imtina edir
Fransa 2027-ci ilə qədər ABŞ-nin videokonfrans xidmətlərindən imtina edib, onları öz "Visio" tətbiqi ilə əvəz etməyi planlaşdırır.
"İnformator.az" xəbər verir ki, bu barədə dövlət xidməti üzrə məsul nazir müavini David Amyel "La Tribune Dimanche" qəzetinə açıqlama verib.
"Biz "Teams" və ya "Zoom" kimi proqramlardan asılı vəziyyətə düşdük. İstənilən şəraitdə danışıqlarımızın təhlükəsizliyini təmin etmək üçün dövlət səviyyəsində bu asılılığı aradan qaldırmaq lazımdır. Buna görə də 2027-ci ilə qədər Fransada inzibati səviyyədə hər yerdə videokonfranslar üçün "Visio"dan istifadə olunacaq", - rəsmi şəxs bildirib.
Amyelin sözlərinə görə, "Visio" Fransa istehsalıdır.
