Fransa ABŞ-yə görə NATO-nu tərk edir?
Fransanın NATO-dan çıxması məsələsini parlamentdə müzakirəyə çıxaracağam.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Fransa parlamentinin vitse-spikeri Klemans Gette bildirib.
“Trampın ABŞ-ni Venesuelada bir dövlət başçısını oğurlayıb. Trampın ABŞ-ni Fələstində soyqırıma dəstək verir və hərbi yardım göstərir. Trampın ABŞ-ni mümkün silahlı anneksiya səbəbilə Qrenlandiya üçün təhdiddir. Trampın ABŞ-ı beynəlxalq hüququ tam şəkildə pozaraq xalqları bombalayır.
Bu gün hər zamankından daha çox Fransanın ABŞ tərəfindən idarə olunan və ona xidmət edən hərbi alyans – NATO iştirak məsələsi gündəmə gəlir. NATO-dan planlı çıxış, ilk növbədə onun inteqrasiya olunmuş komandanlıq strukturundan çıxmaq barədə qətnamə təklifi təqdim edirəm”, – deyə o bildirib.
