00:00:00
Yazar
Admin User
14.11.2025 17:58 141 1 dəq oxuma
İdman

Fransa-Azərbaycan oyununda Mbappe iştirak etməyəcək

Fransa-Azərbaycan oyununda Mbappe iştirak etməyəcək

Fransa millisinin kapitanı Kilian Mbappe sağ ayağındakı topuq ağrıları səbəbindən bazar günü keçiriləcək Azərbaycanla dünya çempionatı seçmə mərhələsinin son oyununu buraxacaq. Bu barədə Fransa Futbol Federasiyası cümə günü məlumat yayıb.

 

"Mbappenin sağ topuğundakı iltihab hələ də davam edir və bu səbəbdən əlavə müayinələrə ehtiyac var. O, bu gün Madriddə tibbi testlərdən keçəcək", - federasiyanın açıqlamasında deyilir. 26 yaşlı hücumçu cümə axşamı Ukraynaya qarşı keçirilən və Fransanın 4:0 hesabı ilə qalib gəldiyi matçda iki qol vurub, bir assist edib. Bu nəticə ilə Fransa 2026-cı il Dünya Çempionatına vəsiqəni rəsmiləşdirib. "Azərbaycan"la oyunda Fransa millisinin heyətində daha iki itki də var. Manu Kone sarı vərəqə cəzası səbəbindən, Eduardo Camavinga isə sol ayağındakı əzələ gərginliyi səbəbilə meydana çıxa bilməyəcək.

 

 

Reuters 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər