00:00:00
Yazar
Admin User
14.10.2025 15:34 104 1 dəq oxuma
Dünya

Fransa Baş naziri pensiya islahatının 2027-ci ilə qədər dondurulduğunu açıqlayıb

Fransa Baş naziri pensiya islahatının 2027-ci ilə qədər dondurulduğunu açıqlayıb

Fransada pensiya islahatının həyata keçirilməsi 2027-ci ilin yazına planlaşdırılan yeni prezident seçkilərinə qədər dayandırılacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyen Lekornyu Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətin ümumi siyasəti ilə bağlı bəyanat verərkən bildirib.

 

"Hökumət pensiya sistemimizin gələcəyi ilə bağlı yeni müzakirəyə hazırdırmı? Cavab "hə"dir. Ölkənin ən böyük sərvəti onun kollektiv şəkildə irəliləmək qabiliyyətidir. Ona görə də bu ilin payızında parlamentə 2023-cü il pensiya islahatını prezident seçkilərinə qədər dayandırmağı təklif edəcəyəm", - o deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər