Fransa hökumətindən İphone ilə bağlı VACİB QƏRAR
Fransada radiasiyanı azaldacaq iPhone 12 modelinin yeniləməsi sınaqdan keçirilir.
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada iPhone 12-nin istənilən səviyyədən yuxarı radiasiyaya sahib olduğuna qərar verilib, buna görə Apple daha bir yeniləmə buraxacaq. Apple Fransanın qadağa qərarı ilə bağlı bu açıqlamanı verib:
“Fransadakı istifadəçilər üçün tənzimləyiciləri tərəfindən istifadə olunan protokola riayət etmək üçün proqram yeniləməsini buraxacağıq. Biz iPhone 12-nin Fransada satışa davam etməsini səbirsizliklə gözləyirik".
Qeyd edək ki, İphone 15-in təqdim edilməsindən sonra yeniləmə hazırlanaraq göstərilib.
Qadağalardan başqa, Fransa hökuməti mövcud iPhone 12-ləri geri qayatmağı da nəzərdən keçirir. Bu yeniləmə istənilən nəticəni verməsə, ölkədə iPhone 12-lərin geri qaytarılması gündəmə gələcək.
Aydan İsayeva
