00:00:00
Yazar
Admin User
15.11.2025 16:08 131 1 dəq oxuma
İdman

Fransa ilə oyuna hazırıq

Fransa ilə oyuna hazırıq

Fransa ilə oyuna hazırıq.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

 

O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib:

 

“Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.

 

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər