00:00:00
Yazar
Güllər Gülhüseynova
14.02.2026 05:16 24 1 dəq oxuma
Dünya

Fransa ilk dəfə Almaniya ilə nüvə silahının qarşısının alınmasında əməkdaşlığı planlaşdırır

Fransa ilk dəfə Almaniya ilə nüvə silahının qarşısının alınmasında əməkdaşlığı planlaşdırır

Rəsmi Paris tarixdə ilk dəfə olaraq Berlin ilə nüvə silahının qarşısının alınması sahəsində əməkdaşlıq etmək niyyətindədir.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Münhen Təhlükəsizlik Konfransında çıxışında açıqlayıb.

 

Fransa liderinin sözlərinə görə, nüvə silahının qarşısının alınması rolunu yenidən müəyyənləşdirmək son dərəcə vacibdir. 

 

"Buna görə də biz məhz indi Almaniya Kansleri Fridrix Merts və bir sıra Avropa liderləri ilə birlikdə strateji dialoq qururuq ki, konstitusiya ilə təmin edilən və tənzimlənən milli doktrinamızı konkret əməkdaşlıq, birgə təlimlər və ortaq təhlükəsizlik maraqları ilə necə əlaqələndirə biləcəyimizi anlayaq", - Makron deyib.

 

O, vurğulayıb ki, Fransa bunu tarixdə ilk dəfə Almaniya ilə edir. "Bu dialoq özlüyündə vacibdir, lakin daha da vacib olanı odur ki, o, bizə nüvə silahının qarşısının alınmasını müdafiə və təhlükəsizliyə vahid yanaşmaya inteqrasiya etməyə imkan verir", - Makron deyib.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər