Fransa-İsrail münasibətlərində yeni gərginlik
Fransa İsrail hökuməti nümayəndələrinin iyunda keçirilməsi planlaşdırılan Eurosatory 2026 Müdafiə Sərgisində iştirakını qadağan edib.
Bundan əlavə, İsrail şirkətlərinə milli stend qurmağa və ya hücum silah sistemlərini nümayiş etdirməyə icazə verilməyib. Fransa yalnız hava və raketdən müdafiə sistemlərinin nümayişini təsdiqlədikdən sonra İsrail yarmarkadan tamamilə geri çəkilib.
Təl-Əviv hökuməti Qəzza, Livan və Fələstin dövləti ilə bağlı fikir ayrılıqları səbəbindən son illərdə iki ölkə arasında diplomatik gərginliyin daha da dərinləşdiyini qeyd edərək, qərara sərt reaksiya verib.
Mənbə: CNN Türk
Aydan Əsgərxanlı