00:00:00
Yazar
Güllər Gülhüseynova
21.11.2026 17:10 53 1 dəq oxuma
Dünya

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

 

"Konkret olaraq mənim təklifim Avropa Komissiyasının ilkin təklifindən 10 % aşağıdır – milli töhfələri məqbul səviyyədə saxlamaq üçün cari qiymətlərlə 204 milyard avro məbləğində azalma nəzərdə tutulur", – Koşta öz təklifini təqdim edərkən bildirib.

 

Bununla yanaşı, o, xüsusi "Ukraine Reserve" aləti çərçivəsində Ukrayna üçün maliyyələşdirməni cari qiymətlərlə 100 milyard avroyadək (2025-ci ilin sabit qiymətləri ilə 88,869 milyard avro) məbləğdə saxlamağı təklif edib.

#təklif #edib #ukrayna #maliyyələşdirməni #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər