Fransa klubunun yeni baş məşqçisi bilinib
Fransanın "Strasbur" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"İnformator.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Qari O Nil təyin olunub.
42 yaşlı mütəxəssis İngiltərə "Çelsi"sinə keçən Liam Rosenyoru əvəzləyib.
Qeyd edək ki, Qari O Nil daha əvvəl İngiltərənin "Vulverhempton" və "Bornmut" komandalarının baş məşqçisi olub.
