Fransa millisinin Azərbaycan ilə oyunundan əvvəlki ciddi itkisi
Randal Kolo Muaninin Fransa milli komandasının noyabr ayında olacaq oyunlarında iştirak etməyəcəyi gözlənilir. Bunun səbəbi isə, "Tottenham"ın hücumçusunun "Manchester United"ə qarşı olacaq oyunun heyətində çənə qırığı zədəsi səbəbilə olmamasıdır.
Mövzu haqqında idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, futbolda əsas zədələr ayaq zədələridir,digərləri həll oluna bilər:
"Futbolçu medallardan kənar qala bilər, lakin karyerasına bir təsir göstərəcəyi düşünülmür. Belə zədələr müvəqqəti zədələrdir,çox da qorxulu deyil.Bununla yanaşı, futbolçunun Fransa millisinin Azərbaycanla oyununda iştirak etməyəcək olması bir şey dəyişdirməyəcək,çünki Fransa dünyanın ən yaxşı milli komandalarından biridir və onun yoxluğu elə də hiss olunmayacaq. Azərbaycan millisi isə rəqib kim olur olsun, yaxşı müdafiə olunmalıdır".
Mələk Nəsirli
