Fransa Rusiya propagandasına qarşı addım atır
Fransa media tənzimləyicisi ARCOM 35 rəsmi Rusiya xəbər saytını bloklamaq və 4 axın platformasını axtarış nəticələrindən çıxarmaq qərarı verib. Bu addım Avropa İttifaqının Rusiya mediasına qarşı sanksiyalarına uyğundur.
Bloklanacaq saytlar arasında Sputniknews.lat, RTenfrancais.tv, News-Front.su, Southfront.press və Strategic-Culture.su var.
Fransa internet provayderlərinə və axtarış sistemlərinə bu saytlara girişin qarşısını almaq və onları axtarış nəticələrindən çıxarmaq tapşırılıb.
Məqsəd Fransada və Aİ-də Rusiya mediasının yaydığı qərəzli və yanlış məlumatların qarşısını almaqdır.
Əvvəllər də RT France və bir sıra Rusiya TV kanalları Fransada yayımından çıxarılıb. Bu qərarla Fransa Rusiya onlayn propagandasını məhdudlaşdırır və Avropa sanksiyalarına dəstək verir.
EURONEWS
Aysun Xanatova
