00:00:00
Yazar
Admin User
04.07.2023 11:49 275 2 dəq oxuma
Sosial

Fransada bələdiyyə sədrlərinin zorakılığa qarşı mitinqləri

Fransada bələdiyyə sədrlərinin zorakılığa qarşı mitinqləri

Fransada 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan və 5 gün ərzində davam edən iğtişaşlar səngiməyə doğru davam edir. Bazar günü gecə nümayişləri zamanı zorakılıq və məhbusların sayı da azalıb.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, prezident Emmanuel Makron Daxili İşlər Nazirliyindən küçələrdə polisin daha sıx toplaşmasını tələb edib. Lakin bazar ertəsi bir çox şəhərlərin merləri bələdiyyə binaları qarşısında zorakılığa qarşı mitinqlər keçiriblər.

 

Nahelin yaşadığı Nanter şəhərinin meri Patrik Cerri şiddətin azalmasından məmnun olduğunu və bu vəziyyətə gətirib çıxaran hadisəni və ədalətə ehtiyac olduğunu unutmamalı olduqlarını qeyd edib.

 

L'Haÿ-les-Roses şəhərində evinə etirazçılar tərəfindən hücum edilən bələdiyyə sədri Vinsent Jeanbruna dəstək üçün yürüşə yüzlərlə insan qatılıb. Partlayıcı vasitəsi ilə evə edilən hücumdan qaçan zaman Jeanbrun həyat yoldaşının ayağı sınıb və övladlarından biri isə yaralanıb.

 

Yürüşdə çıxış edən Jeanbrun “Üsyançıların əsl üzünü gördük. Onlar qatildir. Həyat yoldaşımı və iki azyaşlı övladımı gecə yatdıqları yerdə öldürüb diri-diri yandırmağa cəhd ediblər”, - deyə çıxışında qeyd edib.

 

Etirazlar zamanı təkcə Paris bölgəsində ictimai nəqliyyat vasitələrinə milyonlarla avro dəyərində maddi ziyan dəydiyi təxmin edilir. Ölkə üzrə əlavə 45 min polis qüvvəsi yerləşdirilib. Daxili işlər naziri Geral Darmanin bu polislərin də bazar ertəsi gecə növbəsində olduğunu açıqlayıb.

 

Şənbə gecəsi 700 nəfər saxlanıldığı halda, bazar günü bu rəqəm 150-yə düşüb. Cümə axşamı günü 1900 avtomobil yandırıldığı halda, bazar günü 297 avtomobil yandırılıb.

 

Xatırladaq ki, ötən həftə Nahelin qohumları zorakılıqların dayandırılmasını tələb ediblər. Digər tərəfdən, Naheli öldürən polis məmurunun ailəsinə dəstək olmaq üçün yaradılan fondun kampaniyaslnda 1,1 milyon dollar yardım toplanıb.

 

Nahelin yaxınları bundan təəssüfləndiklərini bildirsələr də, Fransanın “Le Parisien” qəzetinə açıqlama verən fond bu kampaniyanın qaydalara zidd olmadığını və zorakılığı müdafiə edən tərəf kimi deyil, bir ailəni dəstəkləyən kampaniya olduğunu bildirib.

 

Fransada yerli bələdiyyələr hücumlar zamanı zərər çəkmiş bizneslərə dəstək kampaniyaları elan etməyə başlayıblar. Marseldəki müəssisələrə qrantlar ayrılıb, Parisdə isə talan edilmiş və zədələnmiş ictimai binaların bərpası üçün xüsusi fond açılıb.

 

Digər tərəfdən, yay mövsümündə baş verən bu hadisələrin ölkənin turizm gəlirlərinə zərər vuracağı ilə bağlı narahatlıqlar da yaranıb. Fransız Le Point-in xəbərinə görə, turizm rəsmiləri Parisdə otel rezervasiyalarının 25 faizinin artıq ləğv edildiyini bildiriblər. Prezident Makron bu gün zorakılıqlardan zərər çəkmiş 220 bələdiyyənin merləri ilə görüş keçirəcəyi haqqında məlumat verilib.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər