Fransadan Maduronun tutulmasına reaksiya
ABŞ-nin Venesueladakı hərbi əməliyyatı və ölkə prezidentinin ələ keçirilməsi beynəlxalq hüquqa ziddir.
"İnformator.az"xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.
