00:00:00
Yazar
Admin User
26.05.2023 19:26 308 1 dəq oxuma
Sosial

Fransız rəssamın tablosu psixi sağlamlığa kömək edir

Fransız rəssamın tablosu psixi sağlamlığa kömək edir

Avstriyada aparılan araşdırmada fransız rəssamı Klod Monenin “Su zanbaqları” tablosunu internetdə 2 dəqiqə kimi qısa müddət ərzində görmək insanların psixi sağlamlığına xeyirli olduğu üzə çıxıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vyana Universiteti tərəfindən aparılan araşdırmada Monenin İngiltərədəki “Su zanbaqları” tablosu smartfon, noutbuk və masaüstü kompüter vasitəsilə 240 nəfərlik bir qrupa nümayiş etdirilib.

 

Tədqiqatda iştirakçılar rəsm nümayişindən əvvəl və sonra əhval-ruhiyyələri ilə bağlı anket cavablayıblar. Buna görə də sözügedən tablonu 2 dəqiqə kimi qısa müddət ərzində onlayn görmənin belə insanların əhval-ruhiyyəsini yaxşılaşdırdığı müşahidə edilib.

 

Fransız rəssamı Klod Mone 43 yaşında Giverni qəsəbəsində məskunlaşaraq 7 ildə kirayəçi kimi girdiyi evi satın alır və kifayət qədər maddi imkanı olanda onun qarşısında xəyal etdiyi bağı düzəldir. Monenin 1914-1917-ci illər arasında Givernidəki bağından ilhamlanaraq çəkdiyi "Nympheas en Fleur" (Çiçəklənən Su Zanbaqları) tablosu 2018-ci ilin may ayında Nyu Yorkda keçirilən hərracda 84,6 milyon dollara satılıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər