00:00:00
Yazar
Səmayə Səftərova
28.09.2026 21:08 30 1 dəq oxuma
Dünya

FTB-nin direktor müavini istefa verdiyini açıqlayıb

FTB-nin direktor müavini istefa verdiyini açıqlayıb

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Beyli istefa verdiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.

 

"Nailiyyətlərimizdən böyük qürur hissi ilə istefa verdiyimi və Missuridəki ailəmin yanına qayıtdığımı elan edirəm", - o yazıb. Qeyd edək ki, Beyli əvvəllər Missuri Baş prokuroru vəzifəsində çalışıb. Beyli o cümlədən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patelin FTB-də islahatları davam etdirəcəyinə, zorakı cinayətkarlıqla mübarizə aparacağına, ölkəni qoruyacağına, güclü hesabatlılığı təmin edəcəyinə və quruma ictimai etimadın bərpa ediləcəyinə əminliyini bildirib.

#ABŞ #FTB #Endryu Beyli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər