Futbolçular niyə tez-tez zədələnir?
Hazırda idman gündəmində maraq doğuran mövzulardan biri oyun sıxlığı və futbolçuların tez-tez zədələnməsidir. Ardıcıl çempionat, kubok və beynəlxalq oyunlar səbəbindən bir çox aparıcı futbolçu fiziki baxımdan yüklənir və bu da performansın düşməsinə, zədələrin artmasına gətirib çıxarır. Klublar və məşqçilər bu vəziyyətdən narahat olduqlarını açıq şəkildə bildirirlər.
Mövzu haqqında idman mütəxəssisi Aslan Kərimov "İnformator.az"a açıqlamasında bildirib ki, Oyunlar tez-tez olanda futbolçuların dincəlməyə vaxtı qalmır:
" Bədən tam bərpa olunmur, yorğunluq artır, oyun keyfiyyəti düşür və zədələr çoxalır. Məşqçilər rotasiyadan istifadə etməli, eyni futbolçunu hər oyunda oynatmamalıdır. Bərpa prosesinə, həkimlərin və fiziki hazırlıq mütəxəssislərinin tövsiyələrinə ciddi yanaşmaq vacibdir. Federasiyalar oyun sayını azaltmalı və futbolçuların sağlamlığını ön plana çəkməlidir. Sağlam futbolçu daha keyfiyyətli futbol deməkdir".
Mələk Nəsirli
