Futbolçularımızın Paris gəzintisində
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri DÇ-2026-nın seçmə mərhələ oyunu çərçivəsində Fransada səfərdədir. Artıq futbolçularımız paytaxt Parisdə gəzintiyə çıxıblar.
"İnformator.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Qeyd edək ki, komandamız oktyabrın 10-da Parisdə Fransa yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.
