00:00:00
Yazar
Zəri Bayramlı
01.05.2026 21:40 17 2 dəq oxuma
İdman

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları başlayıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları başlayıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları məhsuldarlıq və fərqli nəticələrlə yadda qalıb. Xüsusilə bir oyunda qeydə alınan böyük hesablı qələbə turun diqqət çəkən məqamı olub.Günün ilk matçında "Neftçi" İK "Şuşa"ya 28:0 hesabı ilə qalib gəlib.


"Qeyri-adi hesablardır və hardasa komandaları da başa düşmək olar. Özəlliklə də "Neftçi"ni, çünki bilirik ki, "Araz-Naxçıvan"  çempionluqda mübarizə aparır".


Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, onlar hazırda üç xal öndədilər və mayın 18-də-son turda qarşı qarşıya gələcəklər:

"Təbii ki, " Neftçi"  hər şeyi nəzərə alır ki, bu oyundur, və qələbə də, məğlubiyyət də, inkişaf də ola bilər. Ona görə top fərqini artırır ki, bununla birinci yerdə olsun. Bu başa düşüləndir. Sadəcə, mən "Şuşa" komanda haqqında demək istəyərdim ki, bu cür vacib oyuna laqeyd yanaşıblar. Əsas oyunçuların 3-4-ü meydana çıxmayıb. Bu haqda şərh vermək istəmirəm. Sadəcə, komanda çempionatda iştirak edirsə, layiqli çıxış etməlidir. Adına uyğun və layiq bir oyun göstərməlidir".



Müsahibimizin sözlərinə görə, builki çempionatda 6 komanda iştirak edir. Onlardan üçü: "Neftçi", "Araz-Naxçıvan" və "Baku-fire" medallar uğrunda mübarizə aparır:

 

"Digər 3-ü isə dördüncü yer uğrunda mübarizə aparıb. Bildiyiniz kimi, ikinci dövrədən sonra bəzi oyunlarını başa vuraraq "Lənkəran" komandası çempionatdan maliyyə problemlərinə görə ayrılıb.  Geriyə U-19 və "Şuşa"  komandası qalıb. Onların da heyəti bu üç komandaya daxildir və həmin komandalar üçün yetərli deyil. Medallar üçün oynayan üç komanda heyətinə görə çox güclüdür. Ona görə belə hesabların olması labüd olur. Bəzən xoşagəlməz olsa da... 
Güman edirəm ki, Federasiya yeni mövsümə hazırlıq proqramında bunları nəzərə alacaq. Komandalarda uyğunlaşma söhbəti olacaq. Bu cür qeyri-peşəkar yanaşmalar olmasın".


Zəhra Möhübbətova

#xviii #başlayıb #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər