Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında Çexiyanı məğlub edib
Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
İnformator.az xəbər verir ki, \"D\" qrupunda yer alan millinin ikinci turdakı rəqibi Çexiya olub.Gərgin və dramatik mübarizə şəraitində keçən görüş son dəqiqədə vurulmuş dəqiq zərbə sayəsində Azərbaycan futzalçılarının qələbəsi ilə yekunlaşıb - 6:5. Bununla da Faustino Peresin komandası böyük ehtimalla 1/4 finala vəsiqəni təmin edib.
İlk turda Azərbaycan yığması İtaliyaya 0:3 hesabı ilə uduzub. Çexiya isə birinci oyununu hələ bu gecə keçirib. Növbəti mərhələyə 3 komandadan ibarət qrupu ilk 2 pillədə tamamlayanlar vəsiqə qazanacaq. Qrupun taleyinə fevralın 7-də İtaliya və Çexiya arasında keçiriləcək son oyundan sonra aydınlıq gələcək. Bu görüşdə də Çexiya qalib gələ bilməsə, İtaliya və Azərbaycan yığmaları 1/4 finala yüksələcək.
