“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü görüb
"Füyuzat" dərgisinin 150-ci, yubiley sayı oxucuların ixtiyarına verilib.
İnformator.az “525-ci qəzet”ə istinadən xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə nəşr olunan dərginin xüsusi buraxılışı Türk dünyasının mədəni inteqrasiyası, fəlsəfi düşüncə, ədəbiyyat və milli mətbuat tarixi ilə bağlı müxtəlif yazıları əhatə edir.
Baş redaktor Loğman Məmmədovun rəhbərliyi ilə hazırlanan sayda Pərviz Əmirovla müsahibə, türkoloji qurultay, tərbiyə, maarifçilik, ədəbiyyat və “Füyuzat”ın milli mətbuatdakı rolu ilə bağlı araşdırma və publisistik yazılar yer alıb.
Həmçinin yeni sayda Xalq şairi Nəriman Həsənzadənin əziz xatirəsinə həsr olunmuş “Şeir kimi bütöv ömür” nekroloqu və şairin “Bir yolayrıcına bənzəyir həyat” şeiri də təqdim olunub.
“Füyuzat”ın yeni sayını “Litera” kitab evindən əldə etmək, elektron versiyasını isə “litres.az” platformasında oxumaq mümkündür.