00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 15:34 20 1 dəq oxuma
Sosial

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlər sırasındadır.

 

"İnformator.az" xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

 

“Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə, dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar”, - o qeyd edib.

 

Vüsal Xanlarovun sözlərinə görə, gələn ildən müəllimlərin illik plan və icmallar hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur.

 

“İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”, – idarə rəisi vurğulayıb.

#illik #müəllimlər #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər