Gəncə şəhərində keçirilən IV QHT-lərin Əməkdaşlıq Forumu öz aktuallığı və əhəmiyyəti ilə seçilib.
“Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Polad bildirib ki, Gəncə tarixi və mənəvi baxımdan Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. Forumun Zəfər Günü ərəfəsində qədim Gəncə şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı.
Onun sözlərinə görə, QHT sektorunun nümayəndələrinin Gəncədə bir araya gəlməsi vətəndaş cəmiyyətinin ölkəmizin qazandığı tarixi Qələbəyə verdiyi töhfələrin qiymətləndirilməsi baxımından da əlamətdar hadisədir.
Forum çərçivəsində QHT-lərin qarşısında duran vəzifələr, yeni ideya və təkliflər müzakirə olunub, vətəndaş cəmiyyətinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İradə Polad qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi dövlətin vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğının, QHT-lərlə əməkdaşlığın inkişafına verdiyi önəmin növbəti təsdiqidir.