00:00:00
Yazar
Elmira Ağayeva
13.08.2026 22:02 18 3 dəq oxuma
Sosial

"Gənclər niyə xaricdə təhsil almaq istəyirlər?" - Açıqlama

"Gənclər niyə xaricdə təhsil almaq istəyirlər?" - Açıqlama

 

Müasir dövrdə xaricdə təhsil almaq gənclər arasında geniş yayılmış tendensiyalardan birinə çevrilib. Hər il müxtəlif ölkələrdən olan minlərlə gənc daha keyfiyyətli təhsil almaq, yeni bilik və bacarıqlar əldə etmək, fərqli mədəniyyətləri tanımaq və gələcək karyerası üçün daha geniş imkanlar qazanmaq məqsədilə xarici universitetlərə üz tutur. Azərbaycanlı gənclər arasında da bu istiqamətə maraq son illərdə artmaqdadır. Xaricdə təhsil yalnız diplom əldə etmək deyil, həm də dünyagörüşünü genişləndirmək, xarici dil biliklərini inkişaf etdirmək, müstəqil həyat təcrübəsi qazanmaq və beynəlxalq mühitdə özünü sınamaq imkanı yaradır. Bəs gəncləri ölkə xaricində təhsil almağa sövq edən əsas səbəblər hansılardır?


Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, son illərdə xaricdə təhsilə maraq çox artıb:

 

"Bilirik ki, bunu ancaq onunla qiymətləndirmək olmaz ki, burada ballar yüksəkdir və s. Əslində, bizdə elə ixtisaslar var ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbulda 200 ballıq ixtisaslar var ki, 180 balla qəbul olmaq olur. Tutaq ki, inşaat mühəndisliyi kimi ixtisaslara 200 balla qəbul olmaq olur, yaxud elə limit ixtisaslar var ki, məhdud sayda seçilir və onların balları çox aşağıdır".

 


Ekspert vurğulayıb ki, bunu ümumiyyətlə gənclərin daha yüksək karyera imkanlarına can atması kimi qiymətləndirmək olar:

 

"Gənclər nə üçün təhsildə xaricə maraq göstərirlər? Onlar dünya səviyyəli universitetlərdə təhsil almaq istəyirlər, daha yüksək səviyyəli, fərqli təhsil modelləri ilə tanış olmaq, müasir metodlardan yararlanmaq istəyirlər. Nəzərə alaq ki, kurikulum təhsil sistemi bizə gəlməzdən əvvəl bir çox Avropa ölkələrində artıq özünə yer tapmışdı. İndi də, tutaq ki, Hollandiyada elə təhsil modellərindən, metodologiyalardan istifadə olunur ki, bu hazırda Azərbaycanda yoxdur. O baxımdan gənclər daha müasir, daha fərqli kurikulum tədris metodlarından yararlanmaq üçün xaricə üz tuturlar".

 


Seyidova qeyd edib ki, bu prosesdə başqa bir mühüm amil dil biliklərini yaxşılaşdırmaqdır:

 

"Gənclər burada müxtəlif kurslara müraciət edirlər, amma həmin dili mükəmməl şəkildə bilmirlər. Amma həmin ölkədə yaşaya-yaşaya, daha çox ünsiyyət saxlayaraq xarici dil biliklərini inkişaf etdirə bilirlər. O baxımdan xaricdə təhsilə müraciət edirlər".
Ekspert bildirib ki, gənclərin xaricə üz tutmasının səbəblərindən biri də daha fərqli bir faktordur: "Tutaq ki, onlar daha sərbəst bir mühitdə, buradakı qapalı təsirlərdən uzaqlaşmaq, azad fikir, azad söz olan yerlərə üz tutmaq istəyirlər, bu da amillərdən biridir. Həmçinin bilirik ki, xaricdə oxuyub gələnlərin əmək bazarında özünə yer tapması daha geniş perspektivlər verir. Bu, karyerada yüksəlməyə kömək edir, elə iş yerləri var ki, xaricdə oxuyub gəlmiş şəxslərə üstünlük verilir".

Ekspert onu da vurğulayıb ki, bəzi hallarda Azərbaycanda universitetə qəbul ola bilməyən, attestatla oğlanların hərbi xidmətdən möhlət almaq üçün Türkiyə universitetlərinə müraciət etməsi də bu tendensiyanın digər bir səbəbidir.


Mehriban Yariyeva

#Xaricdətəhsil #gənclər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər