Gözəllik yarışmasında gözlənilməz hərəkət
Braziliyada keçirilən “Miss Gay Mato Grosso 2023” gözəllik müsabiqəsində qalib elan edilən Emannuelly Belini gözləmədiyi hadisəylə qarşılaşıb.
İnformator.az xəbər verir ki Belininin başına tac qoyulan zaman ikinci yerin sahibi Natalli Bekkerin həyat yoldaşı səhnəyə çıxaraq tacı yerə atıb.
Qeyd edək ki, müsabiqənin təşkilatçıları bu hadisədən sonra açıqlama verərək, Bekkerin yoldaşının hərəkətlərini qınayıb. Onlar bildiriblər ki, məsələylə bağlı lazımi hüquqi proseslərə başlanılacaq.
Şəbnəm
