00:00:00
Yazar
Admin User
20.11.2025 11:02 85 2 dəq oxuma
İdman

Güləşçimiz İslamiadanın finalında

Güləşçimiz İslamiadanın finalında

“Həsrət Cəfərovun finala çıxması gözlənilən idi. Üstəlik, o, daha çətin qrupda yer alıb”.

 

Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, burada, misal olaraq, xüsusən də Qırğızıstan və Misir güləşçilərini göstərə bilərəm:

 

“Qırğızıstan güləşçisi ilə dünya çempionatında da gərgin mübarizə şəraitində görüş keçib. Çətinliklə də olsa, qalib gəlib, burada da elə olub. Eyni zamanda, Misir güləşçisi ilə görüş də çox çətin olub. Amma Əfqanıstan güləşçisi ilə gözlənildiyi kimi çox rahat qalib gəlib. Finalda isə proqnozlar yenə özünü doğruldub. İndi isə İran güləşçisi, Olimpiya və dünya çempionu Səyyid İsmaili ilə qarşılaşacaq. Əslində, bu güləşçilər elə demək olar ki, bərabər səviyyədə güləşçilərdir. Sadəcə, kim finalda özünü daha yaxşı hiss edəcək, minimum səhvə yol verəcəksə, o da qalib gələcək”.

 

Müsahibimizin sözlərinə görə, bununla da bu görüşə qəti proqnoz vermək mümkün deyil:

 

“Nihad Məmmədli və İslam Abbasovun uduzmasına gəlincə, Nihadın zədəsi var idi, dünya çempionatında qabırğasından zədələnib. Həmin uduzduğu rəqiblə yenə qarşılaşıb. Onun vaxtı çox qısa idi, İslam Oyunları ilə əlaqədar olaraq tam formaya düşməyib və rəqib də, əslində, kifayət qədər güclü güləşçi idi. Rəqib bu il dünya ikincisi olub və yüksəlişdədir. Ona məğlub olsa da, ümid edirik ki, bürünc medal görüşündə qələbə qazanacaq. O ki qaldı İslam Abbasova, İslam Abbasovun rəqibi yaxşı idmançıdır və arzu edirik ki, ən azı bürünc medal qazana bilər. Ülvi Qənizadəyə isə, onun üçün bu çəki yeni çəkidir. İlk dəfədir 77 kiloqramda belə bir yarışda iştirak edir. O, 72 kiloqramda dünya çempionu olub və sonra zədələrini bərpa edib deyə tam məşqlərdə iştirak etmirdi. Yalnız son təlim-məşq toplanışına qatılıb. Ola bilsin ki, bunun da müəyyən qədər təsiri olub. Amma təsəlliverici görüş artıq geridə qalır, qələbəylə başa vurub və bürünc medal görüşündə isə inanırıq ki, qələbə qazanacaq”.

 

Zəhra Möhübbətova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər