00:00:00
Yazar
Admin User
31.10.2022 05:07 563 1 dəq oxuma
Sosial

Günahsız qan...

Günahsız qan...

"Günahsız qan" sənədli filminin ilkin təqdimatı baş tutub.
Film Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb. Filmin ssenari müəllifi Nəriman Hüseynzadədir.

"İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin cavabdehliyindədir.
Filmin mövzusu Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror aktlarıdır. Film xarici arenada yayımlanmaq üçün hazırlanıb. Hesabat xarakterli məlumatlar 2 dildə - azərbaycan və ingilis dillərində təqdim edilir.

Təqdimat interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb. Təqdimat gənc jurnalistlər üçün keçirilib. Müzakirələr əsasında filmin uğurlu tərəfləri qeyd olunub, daha təsirli olması üçün təkliflər səsləndirilib. Gənclər filmdə qeyd edilən faktların dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni etdiklərini və bundan sonra da edəcəklərini bildiriblər. Onu da əlavə ediblər ki, bu film xarici auditoriya ilə yanaşı yerli auditoriya üçün də çox önəmlidir. Qan yaddaşımız sübutlarla hər kəsə çatdırılmalıdır.

Züleyxa Ağaməliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər