00:00:00
Yazar
Admin User
09.08.2023 15:17 341 2 dəq oxuma
Sosial

GÜNORTAYA QƏDƏR GÜNƏŞ ŞÜALARINDAN QAÇIN!

GÜNORTAYA QƏDƏR GÜNƏŞ ŞÜALARINDAN QAÇIN!

Dünyanı bürüyən isti hava şəraiti artıq ölkəmizdə də özünü göstərməkdədir. Son günlər havanın temperaturu bəzi yerlərdə 40 dərəcəni keçir. Belə olduqda isə əhali arasında günvurma hallarına tez rast gəlinir. Həkimlər bildirir ki, hazırda müşahidə olunan isti hava şəraitində meteohəssas şəxlərlər daha diqqətli olmalıdır. Həkim Yeganə Cəfərovanın sözlərinə görə, xəstələrdə, meteohəssas insanlarda demək olar ki, bütün xroniki xəstəliklərin kəskinləşməsi baş verir. İqlim dəyişikliyi sayəsində xroniki xəstələrdə baş verən bu halları aradan qaldırmaq üçün xəstələrə mövsümü profilaktik müalicələr belə təyin edilir. “Bədən temperaturunu balansda saxlamaq, günvurmanın qarşısını almaq üçün maye qəbulu ən vacib şərtlərdəndir. Bu günlərdə günəş şüaları altında çox qalmaq təhlükəlidir. İsti havanın mənfi təsirini mümkün qədər azaltmaq üçün günorta saatlarında çölə çıxmamağı tövsiyə edirik”. Həkimin sözlərinə görə, orta hesablamayla səhər saat 9.00-15.00 arası günəş şüaları altında gəzmək qəti qadağandır.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə xəbərdarlıq edir - ölkə ərazisində müşahidə olunan isti hava şəraiti bir neçə gün də davam edəcək. Bəzi yerlərdə havanının temperaturu 40 dərəcədən çox olacaq. “Həftə sonunadək ölkə ərazisində isti hava şəraiti müşahidə olunacaq. Cənubda hərəkət edən isti hava kütlələrinin daxili nəticəsində havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və mərkəzi aran rayonlarının bəzi yerlərində 42-44, dağlıq rayonlarda isə 28-33 dərəcəyə yüksələcəyi gözlənilir”.

Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü havaya çevrilə bilər ki, bu da əhali üçün əlverşsizdir.

VÜSALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər