Günvurma qaçılmazdır- XƏBƏRDARLIQ
40 dərəcə istilər zamanı nə etməliyik? Həkimlər, ehtiyatlı olmağı tövsiyə edir.
İnformator.az xəbər verir ki, günvurma adətən uşaqlar və 60 yaşdan yuxarı, eyni zamanda qan təzyiqi və ürək damar problemləri olan insanlar üçün daha təhlükəli hesab edilir. Elə bu səbəbdən də, açıq rəngli və təbii geyimlərdən istifadə edilməsi məsləhət görülür. Həkim Abbas Bağırov deyir ki, istirahət məkanlarında, dağlıq zonalarda, çimərliklərdə olan insanlar saat 11-dən, axşam saat 6-ya qədər günəş şüasından qorunmalıdır.
Günvurmanın ilkin əlamətləri başgicəllənmə, ürəkbulanma, qan təzyiqinin dəyişməsi, ürək döyüntüləri, bəzi ağır günvurmalarda huşun itməsi, hətta komataj vəziyyət. İnsan əvvəlcə özü ürək nəbzinin vurğularının artdığını hiss edir, başı gicəllənir, gözlərinin qabağı qaralır. Bu zaman günün şüasindan çəkinmək lazımdır.
Qeyd edək ki, iyulun ilk 15 günü dünyada temperatur baxımından indiyə qədər qeydə alınan ən isti günlər olub. Avropa İttifaqının Yerin Müşahidə Proqramının məlumatlarında qeyd olunur ki, 2023-cü ilin iyulu tarixin ən isti ayı statusunu ala bilər.
Zeynəb
