00:00:00
Yazar
Admin User
26.01.2026 09:20 66 1 dəq oxuma
Dünya

Gürcüstan ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır

Gürcüstan ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edib.

 

“İnformator.az” “İnterfaks”a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.

 

“Qərar vermək ABŞ tərəfinin üzərindədir. Təəssüf ki, Prezident Cozef Baydenin administrasiyası tərəfindən yaradılan Gürcüstan-ABŞ münasibətlərinin konteksti ağırdır. Görək bu fonda bizim münasibətlərimiz necə inkişaf edəcək. Biz səbrlə gözləyir və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik”, - o bildirib.

 

“Bildiyimiz qədər, ABŞ vitse-prezidentinin bu səfəri Zəngəzur nəqliyyat dəhlizi ilə bağlıdır və burada diqqət Azərbaycan və Ermənistanadır”, - ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı sualı şərh edərkən Baş nazir bildirib.

 

Eyni zamanda o qeyd edib ki, Gürcüstan da Cənubi Qafqaz nəqliyyat dəhlizinin bir hissəsidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər