00:00:00
Yazar
Admin User
26.01.2026 15:36 56 1 dəq oxuma
Dünya

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində 20 Yanvar faciəsindən bəhs edən yazı dərc olunub.

 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, yazıda 20 Yanvar faciəsi ilə bağlı Rustavi şəhərində keçirilən tədbirdən bəhs olunur.

 

Bildirilir ki, Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində keçirilən anım mərasimində mərkəzin rəhbəri Raidə Dərziyeva 20 Yanvar tarixinin Azərbaycan xalqının azadlıq mübarizəsindəki əvəzsiz rolundan bəhs edib. O vurğulayıb ki, 1990-cı ilin qanlı Yanvar hadisələrindən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və bu vəhşiliyi kəskin şəkildə pisləyib. Ulu Öndər əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa qarşı cinayət adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ümummilli Liderin belə bir cəsarətli bəyanatla çıxış etməsi, beynəlxalq birliyin bu qətliamdan xəbərdar olmasında və hadisələrə siyasi qiymət verilməsində həlledici rol oynayıb.

 

Sonra ziyalılardan Rafiq Hümmət, Savalan Osmanlı çıxış edərək, Qanlı Yanvarın gerçək mahiyyətindən söhbət açıblar.

 

Daha sonra mərkəzin Azərbaycan dili bölməsinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər