00:00:00
Yazar
Admin User
13.10.2025 17:52 115 1 dəq oxuma
İdman

Gürcüstan Türkiyə ilə oyuna hazırdır

Gürcüstan Türkiyə ilə oyuna hazırdır

Gürcüstan millisi sabah Kocaelidə Türkiyə ilə keçirəcəyi qarşılaşma öncəsi hazırlıqlarını tamamlayıb.

 

2026-cı il FIFA Dünya Çempionatının Avropa zonası üzrə E qrupunda yer alan Gürcüstan komandası bu gün baş məşqçi Villi Sanqolun rəhbərliyi ilə son məşqini keçirib. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub. Futbolçular isinmə, qaçış və pas çalışmalarından sonra taktiki tapşırıqlarla oyuna hazırlaşıblar. Komandanın yüksək motivasiyada olduğu və Türkiyəyə qarşı vacib xal qazanmaq istədiyi bildirilir. Qarşılaşma oktyabrın 14-də saat 21:45-də Kocaeli Stadionunda keçiriləcək.

 

CNN

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər