Gürcüstan–Türkiyə oyununa biletlər satışa çıxarılıb
A Milli Futbol Komandası 2026 Dünya Çempionatı seçmə mərhələsi E qrupunda 4 sentyabr Cümə axşamı günü Gürcüstanla keçirəcəyi oyunun biletlərinin ümumi satışı başlayıb.
Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, Gürcüstanın paytaxtı Tiflisdəki Boris Paichadze Milli Stadionunda Bakı vaxtı ilə 19:00-da keçiriləcək oyunun qonaq tribunal bilet qiymətləri 1000 lirə olaraq müəyyən edilib. Azarkeşlər biletləri www.passo.com.tr saytı və ya Passo Mobil tətbiqi üzərindən ala biləcəklər. Bununla yanaşı, bilet satışında Passolig kartı şərtinin tələb olunmadığı da bildirilib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə
