Gürcüstandan rekord sayda əcnəbi deport edilib
2025-ci ildə Gürcüstandan rekord sayda əcnəbi deportasiya olunub.
"İnformator.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytındakı materiallara görə, Gürcüstan hökuməti ötən il ölkədən 1311 xarici vətəndaşı deportasiya edib.
Deportasiya edilən əcnəbilərin əksəri Hindistan vətəndaşıdır. Keçən il Gürcüstandan 269 Hindistan vətəndaşı deport olunub.
Deportasiya edilən əcnəbilərin sayına görə Türkiyə 176 nəfərlə ikinci, İran isə 157 nəfərlə üçüncü yerdədir.
2025-ci ildə Gürcüstandan 39 Azərbaycan, 26 Ermənistan və 73 Rusiya vətəndaşı da deportasiya olunub.
Əcnəbilər qanuni qalma müddətinin bitməsindən sonra ölkədə qalmaları, Gürcüstan qanunlarını pozmaları və sığınacaq verilməsinin rədd edilməsi kimi səbəblərə görə deportasiya ediliblər. Əksər əcnəbilər üçün Gürcüstanda qanuni qalma müddəti bir ildir.
