00:00:00
Yazar
Admin User
04.02.2016 11:02 802 1 dəq oxuma
Media

Gürcüstanın iki telekanalı “Azerspace-1” üzərindən yayıma başlayır

Gürcüstanın “Maestro” TV və “Saperavi” TV kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb
Gürcüstanın iki telekanalı “Azerspace-1” üzərindən yayıma başlayır

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın “Maestro” TV və “Saperavi” TV kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb.

İnformator.az xəbər verir ki, müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, “Maestro” kanalı 1995-ci ildə təsis edilib. Gürcüstan əhalisi arasında populyar olan bu kanal vasitəsilə gürcü dilində əsasən, ictimai, siyasi, iqtisadi, idman, musiqi, mədəniyyət və uşaq verilişləri, sənədli filmlər və seriallar nümayiş olunur. “Saperavi” TV-də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.

Peyk operatoru, həmçinin Türkiyənin “RS FM” radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radiokanal “Azerspace-1” peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər