00:00:00
Yazar
Zəhra Həsənova
18.06.2026 19:25 24 3 dəq oxuma
Siyasət

G7 sammitinin yekunları: İrana dəstək, Rusiyaya təzyiq mesajı

G7 sammitinin yekunları: İrana dəstək, Rusiyaya təzyiq mesajı

Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 liderlər sammiti başa çatıb. İyunun 15-17-də baş tutan toplantıda Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Çinlə bağlı məsələlər və qlobal təhlükəsizlik gündəmin əsas mövzuları olub.

 

Sammitin yekununda qəbul edilən bəyanatda ABŞ ilə İran arasında əldə olunan razılaşma müsbət qiymətləndirilib. Liderlər bu sazişin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tarixi imkan yaratdığını vurğulayıb və sənədin reallaşmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, G7 sammitində müzakirə olunan məsələlər demək olar ki, dünyanın ən ciddi, ən qlobal məsələləri idi:

 

"Xüsusilə də, Rusiyaya qarşı yeni sanksiyalarının tətbiq olunması, Ukraynanın hava hücumuna müdafiəsinin gücləndirilməsi və lisenziyalı silahların Ukraynada istehsalına icazənin verilməsi, mən deyərdim ki, Avropanın və eyni zamanda, Ukraynanın qələbəsi, nəaliyyəti kimi qiymətləndirilə bilər. Çünki Trampın hakimiyyətə qayıdışından sonra Ukrayna məsələlərinə qarşı daha çox Rusiya yanlısı siyasi xətt götürməsi Ukraynaya kollektiv qərbin dəstəyini zəiflədib. Amma G7 sammitində belə bir razılaşmanın, belə bir dəstəyin ifadə olunması, yenə təkrar qeyd edirəm ki, bu Avropa dövlətləri ilə Ukraynanın ciddi uğuru sayıla bilər. Heç şübhəsiz ki, burada Trampın bir bazarlığı da mövcuddur. Tramp İranla əldə etmiş olduğu yeni razılaşmaya G7 dövlətlərinin dəstəyini təmin etmək məqsədi ilə, ola bilsin ki, belə bir razılaşmaya gedibdir. Amma düşünmürəm ki, Trampa İranla əldə olunmuş razılaşma ilə bağlı verilmiş dəstək Rusiya Ukrayna məsələsində Ukraynaya verilmiş dəstək qədər sabit və stabildir. Çünki sammit adından verilən açıqlamada qeyd olunur ki, İranın nüvə silahı əldə etməməsi və hörmüz bağasından sərbəst keçidin təmin olunması alqışlanır. Biz irəliləyən zamanda bu öhdəlikləri İranın  pozduğunun şahidi olanda demək ki, G7-nin İranla bağlı əldə olunmuş razılaşma haqqında vermiş olduğu bəyanat da öz aktuallığını itirmiş olur. Digər mühüm bir məsələ heç, şübhəsiz, Çinlə bağlı olan razılaşmadır ki, Çinin dünya iqtisadiyyat üzərində hegemoniyasına qarşı G7-nin nümayiş etdiyi mövqe, əslində, son dövrlər dünya iqtisadiyyatında mövqeyini Çinin xeyrinə itirən G7-nin, əslində, Çinə qarşı bir de-maarşı kimi də qiymətləndirilə bilər. Çünki, xüsusilə də, sammitin gündəliyinin digər aparıcı mövzuları olan süni intellekt və yeni texnologiyalar sahəsində Çinin son illər qazanmış olduğu nailiyyətlər gerçəkdən dünya iqtisadiyyatında G7-nin rolunu kifayət qədər zəiflədib. Amma bu sammit onu göstərir ki, G7 öz mövqeyini qoruyub saxlamaq və daha da möhkəmləndirmək üçün yenidən birgə əmək əməkdaşlıq və real alternativlərinə qarşı eyni zamanda mübarizəni də qarşılarına hədəf qoyubdur. Bu baxımdan G7-nin bu ilki istişma baxımından, dünyada G7-nin mövqeyinin qorunub saxlanması baxımından əhəmiyyətli bir tədbir kimi qiymətləndirə bilərik".

Aişə Mustafayeva

#təzyiq #baki #mesajı #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər