“Galatasaray” – “Fenerbahçe” matçının hakimi bəlli olub
Yanvarın 10-u şənbə günü keçiriləcək Turkcell Superkubokunun finalında “Galatasaray” və“Fenerbahçe”nin oyununu Halil Umut Meler idarə edəcək.
Atatürk Olimpiya Stadionunda saat 20:30-da başlayacaq qarşılaşmada onun köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara olacaq. Dördüncü hakim funksiyasını isə Ozan Ergün yerinə yetirəcək.
TRT Haber
Aişə Mustafayeva
