00:00:00
Yazar
Admin User
05.01.2026 19:42 84 1 dəq oxuma
İdman

"Galatasaray" finala vəsiqə qazanıb

"Galatasaray" finala vəsiqə qazanıb

Bu gün futbol üzrə Türkiyə Superkubokunun ilk yarımfinal oyunu keçirilib.

 

"İnformator.az" Apasport.az-a istinadən xəbər verir ki, “Gakatasaray ” “Trabzonspor”la üz-üzə gəlib.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Qaziantep Böyükşəhər Stadionunda start götürüb.

 

5 qolun vurulduğu görüşdə İstanbul təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib. “Sarı-qırmızılılar”ın qollarını Barış Alper Yılmaz, Eren Elmalı, Yunus Akgün və Mauro İkardi vurub. “Trabzonspor”un yeganə qolunun müəllifi isə Felipe Augusto olub.

 

Qeyd edək ki, “Galatasaray” finalda “Fenerbahçe” ilə “Samsunspor” arasındakı matçın qalibi ilə qarşılaşacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər