"Galatasaray"ın qələbəsi "Liverpool"u yumşaldıb
"Galatasaray"ın Çempionlar Liqasında "Liverpool" üzərində qazandığı 1:0 hesablı qələbə İngiltərə mətbuatının idman səhifələrində geniş yer alıb.
BBC Sport-un İstanbulda oyunu izləyən baş yazarı Phil McNulty analizində yazır: “İngilis komandalarını "Galatasaray"ın məşhur Ali Sami Yen Stadionunda qarşılayan "Cəhənnəmə xoş gəldiniz" şüarı yox idi, amma yeni Rams Park Stadionu da bu cür əsl idman tamaşasında bir o qədər düşməncəsinə idi".
McNulty həmçinin bildirir ki, “İstanbul üzərinə baxan bir təpədə yerləşən stadionda start fitindən saatlar öncə artıq səs divarı yaranıb".
O, azarkeşlərin alqış və şüarlarının yalnız 'Liverpool"a sonradan ləğv edilən penalti verildiyi oyunun sonlarında dayandığını qeyd edir.
BBC News
Fatimə Heydərova
