"Galatasaray" "Yuventus"a 5 qol vurub
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.
"İnformator.az"xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” komandasını öz meydanında qəbul edib.
Görüş qardaş ölkə təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 5:2. Bu nəticə ilə “cim-bom” cavab oyunu öncəsi önəmli üstünlük qazanıb.
