Galatasarayda Bitshiabunun oynamamasının səbəbi bəlli olub
Türkiyənin “Galatasaray” klubunun mövsümün əvvəlində heyətinə qatdığı El Chadaille Bitshiabunun hələ forma geyinməməsinin səbəbi məlum olub.
“Milliyet” qəzetinin yazarı Nevzat Dindarın məlumatına görə, fransalı müdafiəçinin oynamamasının səbəblərindən biri komandaya gec qoşulmasıdır. Bundan əlavə, futbolçunun artıq çəkisinin də olduğu bildirilib.
1,96 metr boya malik Bitshiabunun çəkisinin 110 kiloqram, bədənindəki yağ nisbətinin isə 18 faiz olduğu qeyd edilib. Bu vəziyyətin futbolçunun hazırkı durumuna mənfi təsir etdiyi vurğulanıb.
Dindar bildirib ki, Bitshiabu məşqlərdə istəklidir və milli fasilədən sonra daha yaxşı fiziki vəziyyətə gələcəyi gözlənilir.
Hazırda “Galatasaray”da Bitshiabunun meydana çıxarılması üçün təcili ehtiyac olmadığı bildirilir. Texniki heyət futbolçunun artıq çəkidən qurtula biləcəyini və komandanın müsbət gedişatından onun da faydalanacağını düşünür.
Qeyd edək ki, “Galatasaray” son turda “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edərək liderliyini davam etdirib. İstanbul təmsilçisinin diqqəti həftəsonu keçiriləcək “Trabzonspor” derbisindədir.
Komandanın ulduz futbolçusu Viktor Osimhenin qarşılaşmaya yetişməsi hədəflənir. Onun oynayıb-oynamayacağı ilə bağlı son qərarı tibbi heyət və baş məşqçi Okan Buruk verəcək.
Leroy Sanenin isə hazırda formasında eniş yaşadığı, lakin mübarizə əzmi baxımından problem olmadığı bildirilib.
CNN Türk
Güllər Gülhüseynova