00:00:00
Yazar
Admin User
20.07.2023 12:26 379 2 dəq oxuma
Sosial

Gəmi həvəskarları üçün TANKER MUZEYİ

Gəmi həvəskarları üçün TANKER MUZEYİ

Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən ilk tanker muzeyi dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. 1952-ci ildə istismara verilən, 12,5m uzunluğu, 4.696 ton çəkisi olan tankerin muzey' çevrilməsi barədə qərar 2017-ci ildə qəbul olunub. Layihənin ərsəyə gəlməsində Böyük Birtaniya, Niderland, Türkiyə kimi qədim ənənəsi olan ölkələrin təcrübələrindən istifadə olunub. Gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Təmir işlərinə bütövlükdə 2 mindən artıq yerli gəmi işçisi cəlb edilib.


Muzeydə müxtəlif dövrlərə məxsus naviqasiya masası, alətləri, dünyada ilklərdən sayılacaq gəmilər ilə tanış olmaq mümkündür. Muzeyin tavanında əks olunan ulduzlar Az'rbaycan Xalq Cumhuriyyəti yarandığı gün Xəzərin üzərindəki ulduzlarla eyni formada düzülüb.

 

Muzeydə ümumilikdə 11 zal mövcudur. Hər zal spesifikasiya uyğun bölünüb. Gəmiçilik zalında 5 metrə qədər uzanan, hər xırda detalı özündə əks etdirən model, həmçinin müasir Azərbaycanın, dünyanın gəmilərinin maketi sərgilənir.


Muzeydə qədim və orta əsr eksponantları, dünyaca məşhur 3 mayorun modeli də sərgilənir. Bu zalda Morza əlifbası vasitəsilə məlumatlar ötürmək mümkündür. Zalda dəniz düyümləri haqda məlumat almaq və kəndirlər vasitəsi ilə düyümlər bağlamaq imkanı da yaradılıb.


Beşminlik tarixə malik düyümlər də burada yer alır. Lövbər zalında xüsusi oyun manipuliyatorlar vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə keçirmək də mümkündür.

 

Maşın şöbəsində gəminin ürəyi sayılan baş mühərriklər, nasoslar, köməkçi mühərriklər, bir sözlə, gəmini hərəkətə gətirən qurğular sərgilənir.

 

Tanker muzeyə baş çəkənlər üçün virtual eynəklərlə ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan işçilərin iş prosesi ilə yaxından tanışlıq imkanı da yaradılır. Okean və dənizlərdən yığılan canlı kolleksiya maraq doğuran eksponatlardandır.


Muzeyin özünəməxsus restoranında isə bir-birindən ləziz təamlar dadmaq mümkündür.

 


Südabə Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər