00:00:00
Yazar
Admin User
22.05.2019 17:51 866 3 dəq oxuma
Sosial

Gənc jurnalistlər sosial şəbəkələrdə milli maraqların qorunması yollarını müzakirə edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib.
Gənc jurnalistlər sosial şəbəkələrdə milli maraqların qorunması yollarını müzakirə edib

Mayın 22-də Aynur Nəsirovanın “Sosial şəbəkələrdə milli maraqların qorunması” layihə çərçivəsində ilk seminar keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib. Layihə rəhbəri Aynur Nəsirova hər gün inkişaf edən və həyatımıza sirayət edən texnologiyaların müsbət və mənfi təsirlərindən danışıb. Bildirilib ki, texnologiyanın inkişafı özü ilə birlikdə bir çox yeniliklər gətirir, eyni zamanda internetden istifadənin miqyası da genişlənir. Danılmaz faktdır ki, sosial şəbəkələrin ən çox istifadəçisi gənc nəsldir. Şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi təsirlərinə də məruz qalırlar. Bir çox insan sosial şəbəkələrdən, bütün internet resurlarından öz kiçik bizneslərini qurmaq üçün, lazımi məlumat və materialları əldə etmək və digər məqsədlər üçün istifadə edirlər. Bununla yanaşı, sosial şəbəkələrin mənfi təsirlərinə məruz qalan şəxslər də az deyil. Müxtəlif qruplaşmalara qoşulan, təxribati, yalan məlumatlar yayan, yaxud müəyyən şəbəkələrin təsir dairəsinə düşərək cinayətkar şəbəkələrə qoşulan gənclər də az deyil. Bu cür gənclərlə hər zaman maarifləndirmə işi aparılmalı, onların ətarfında olan insanlar bu cür şəxsləri ziyanverici dəstələrdən uzaqlaşdırmalıdır. Layihə rəhbəri sosial şəbəkələrin ölkənin milli maraqlarının müdafiə edilməsi baxımından əhəmiyyətinə də toxunub. Qeyd edilib ki, ictimai əhəmiyyət kəsb edən bir çox mövzu sosial şəbəkələrdə müzakirə olunur və ictimai rəyin formalaşmasına təsir edir. Eyni zamanda vurğulanıb ki, paylaşılan məlumatlar və yazılan rəylər ölkə əhəmiyyətli hadisələrə reaksiya, gizlin məlumatların qarşı tərəfə ötürülməsi baxımından da əhəmiyyət kəsb edir. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər zamanı sosial şəbəkələrin, burada paylaşılan məlumatların əhəmiyyəti bir daha nəzərə çarpıb. Belə ki, dəqiqləşməmiş və təsdiq olunmamış informasiyanı yayan sosial şəbəkələr insanlar arasında çaşqınlıq yaradıb, düşmən tərəf isə bu məlumatlardan öz xeyrinə istifadə edib. Bütün bu məsələləri nəzərə alaraq sosial şəbəkələrin mənfi təsirlərindən qorunmağın vacibliyi diqqətə çatdırılıb. Daha sonra Jurnalistika fakültəsinin tədris studiyasının müdiri Ramin Rzayev çıxış edib. O çıxışında sosial şəbəkələr vasitəsi ilə yayılan məlumatların auditoriyaya təsir imkanlarından danışıb. Bildirilib ki, bu internet resurslarından istifadə etməklə dvlət əhəmiyyətli mövzunu bir anda ictimiləşdirmək, onun müsbət həlli üçün mühüm rol oynamaq mümkündür. Bu günlərdə İçərişəhər tarix memarlıq qoruğunda aparılan təmir işlərinin sosial şəbəkələrdə yayımlanması və əhalinin reaksiyası bu işin nəzarətə götürülməsinə və dövlət səviyyəsində müsbət həllinə səbəb oldu. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məsələni dərhal nəzarətə götürdü və tariximiz, mədəniyyətimiz üçün mühüm əhəmiyyət daşıyan abidənin qorunmasına tapşırıq verdi. Bundan başqa “Keşikçi dağ” monastr kompleksi arasında Azərbaycan və Gürcüstan arasında baş vermiş hadisələr və sosial şəbəkə istifadəçilərinin buna reaksiyası əsas müzakirə mövzularından biri oldu. Diqqətə çatdırılıb ki, sosial şəbəkələrdən dövlətin həyata keçirdiyi siyasətin, milli maraqların təbliği üçün istifadə edilməsi olduqca əhəmiyyətlidir. Belə ki, əhalinin müxtəli kateoiyalarından olan insanların, hətta əcnəbilərin bir çox məlumatları sosial şəbəkələr vasitəsi ilə əldə etməsi, məlumat mübadiləsində bu internet resurslarının rolunu nəzərə laraq hər birimiz paylaşılan məlumatların məsuliyyətini dərk etməli və diqqətli olmalıdır. Bu dövlətin milli maraqlarının qorunması istiqamətində gənclərimizin üzərinə düşən vəzifədir. Daha sonra seminarda iştirak edən tələbələr çıxış edib, onların sualları cavablandırlıb. Seminar müzakirələrlə davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər